Menu

Generaldan Malikiyə şok mesaj - "Bayramdan öncə səni iplə asacam"

26.06.2014, 08:49
Generaldan Malikiyə şok mesaj - "Bayramdan öncə səni iplə asacam"

İraqın edam olunmuş keçmiş prezidenti Səddam Hüseynin ən yaxın silahdaşı və generallarından olan İzzət əd- Duri baş nazir Nuri əl-Maliki ilə bağlı sensasion açıqlama ilə çıxış edib.

Avropa.info xəbər verir ki, İzzət əd-Duri Nuri əl-Malikini tezliklə edam edəcəyini bildirib. Əd-Duri Nuri əl-Malikiyə mühafizəçiləri vasitəsi ilə mesaj göndərdiyini də deyib.

"Maliki, Ramazan bayramından öncə, səni edam edəcəm. Əsgəri formada qarşıma çıxsan güllələyəcəyəm. Mülki geyimdə olan iplə asacam".

Qeyd edək ki, Səddam Hüseyin məhz Maliki dönəmində Qurban bayramı günü edam olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol