Menu

ABŞ-ın müdafiə nazirini Əfqanıstanda öldürmək istədilər

27.09.2017, 14:19
ABŞ-ın müdafiə nazirini Əfqanıstanda öldürmək istədilər

Əfqanıstanın paytaxtı Kabildə hava limanına raket zərbələri endirilib.Virtualaz.org-un məlumatına görə, hava limanına və onun ətrafına 30-dək raket buraxılıb.

Bununla əlaqədar hava limanında bütün reyslər ləğv olunub və təxliyə həyata keçirilib.

Bir az əvvəl məlum olub ki, hava limanının bombalanması ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.

Qruplaşmanın yaydığı bəyanatda zərbələrin hədəfinin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin olduğu deyilib.

Qeyd edək ki, Pentaqon rəhbəri C.Mettis və NATO-nun baş katibi Yens Stoltenberq bu gün səhər saatlarında Kabilə elan olunmamış səfər ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol