Menu

Ənvər Seyidovun səhhəti ilə bağlı müəmma

27.09.2017, 16:09
Ənvər Seyidovun səhhəti ilə bağlı müəmma

Cinayətlər Məhkəməsinin hakiminin beyninə qan sızıb. Musavat.com-a daxil olan məlumatda qeyd edilir ki, tanınmış hakim Ənvər Seyidov dünəndən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hakimin vəziyyəti ağır, həyatı təhlükəsi olduğu bildirilir. Məsələ ilə bağlı Mərkəzi Nefçilər Xəstəxanası ilə əlaqə saxladıq. Lakin Xəstəxananın reanimasiya şöbəsindən bildirdilər ki, burada qeyd olunan adda xəstə yoxdur.

Qeyd edək ki, Ənvər Seyidov keçən ilin dekabrında hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilimişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol