Menu

ABŞ kimyəvi silah ehtiyatlarını 2023-ci ildə məhv edəcək

28.09.2017, 09:54
ABŞ kimyəvi silah ehtiyatlarını 2023-ci ildə məhv edəcək

ABŞ 2023-cü ildə kimyəvi silah ehtiyatlarını tam olaraq məhv edəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.

“ABŞ hökuməti Kolorado ştatının Pueblo və Kentukki ştatının Riçmond şəhərindəki anbarlarda kimyəvi silahların qalan hissəsini 2023-cü ilin sonunadək məhv etməyi planlaşdırır”, məlumatda deyilir.

Qeyd edək ki, ötən gün Udmurtiya Respublikasında Rusiyaya məxsus sonuncu kimyəvi silah ehtiyatları məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol