«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp İspaniyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
«Mən hesab edirəm ki, İspaniya böyük ölkədir və o, vahid ölkə olaraq, qalmalıdır» - deyə, Tramp İspaniyanın Baş naziri Mariano Raxo ilə görüşü zamanı bildirib.
Oktyabrın 1-nə Kataloniyanın müstəqilliyi barədə referendum təyin olunub. Bundan əvvəl ABŞ Dövlət Departamentində qeyd ediblər ki, plebistsit İspaniyanın daxili işidir. Ancaq Tramp ümid etdiyini bildirib ki, bölgənin sakinləri hər necə olsa da dövlətdən ayrılmağın əleyhinə çıxaraq, «düzgün seçim edəcəklər».
İspaniyanın Baş naziri isə öz növbəsində, qarşıdakı referendumu «sərsəmlik» və «böyük səhv» adlandırıb və deyib ki, bu addım «parçalanmaya və gərginliyə» gətirib çıxaracaq.


Şərhlər