Menu

ZİYA MƏMMƏDOVUN BACISI İŞDƏN ÇIXARILDI - Nazir əmr verdi + VİDEO

28.09.2017, 13:40
ZİYA MƏMMƏDOVUN BACISI İŞDƏN ÇIXARILDI - Nazir əmr verdi + VİDEO

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub. “Qafqazinfo” nun əldə etdiyi məlumata görə, o başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib.

Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, M. Məmmədova barəsində mətbuatda dəfələrlə neqativ informasiylar yazılmışdı. O əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Təhsil Nazirliyindəki mənbənin virtualaz.org-a bildirdiyinə görə, bundan əvvəl də onun barəsində nazirliyə korrupsiya və rüşvətlə bağlı çoxsaylı şikayətlər daxil olub.

Məbubə Məmmədovanın direktor olduğu litseydə şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılması, litseyə qəbul zamanı rüşvət alınması kimi iddialarla bağlı indiyədək mətbuatda dəfələrlə yazılmışdı.

Ötən həftə valideyinlərin şikayəti əsasında Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılıb. Mənbə deyib ki, direktor araşdırma başlayanda artıq işdən azad edilmişdi.

Onu da qeyd edək ki, bəzi məlumatlara görə, Məhbubə Məmmədovanın işdən çıxarılmasına səbəb onun 120 manata məktəbli formaları satması olub.

Bu haqda dərs ilinin ilk günündə Lider TV reportaj yayımlayıb. Reportajda bildirilir ki, Bakı Tikiş Evinin 40 manata satdığı formaları M. Məmmədova məcburi olaraq valideynlərə 120 manata satıb.

Keçmiş nazirin bacısı isə telekanal əməkdaşının bu haqda sualına cavab verməyib.

Reportaj yayılmlandıqdan sonra lisey direktoru haqda araşdırma başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol