Menu

Nigeriya və İsveçrə növbəti mərhələdə - DÇ- 2014

26.06.2014, 10:26
Nigeriya və İsveçrə növbəti mərhələdə - DÇ- 2014

Dünya çempionatında qrup mərhələsinin növbəti gərgin oyunları keçirilib.

Bu mərhələdə daha 4 qarşılaşma baş tutub. Belə ki, F qrupunda Bosniya və Hersoqovina İran millisi ilə üz-üzə gəlib. Görüş Bosniya və Hersoqovinanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda isə Argentina və Nigeriya komandaları qarşılaşıb. Nigeriya rəqibinə 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq, İran da uduzduğu üçün 1/8 finala yüksəlib.

Gecə saatlarında isə E qrupunun iki oyunu keçirilib. Ekvador Fransa ilə qarşılaşıb. Oyunda hesab açılmayıb. Xalını 7-ə çatdıran fransızlar qrup lideri kimi 1/8 finala adlayıb. Ekvador isə mundialla vidalaşıb.

Qrupun digər oyununda Honduras İsveçrə ilə üz-üzə gəlib. Görüş avropalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xerdan Şaqiri het-trik edib. Bu, Almaniya millisinin futbolçusu Tomas Müllerdən sonra DÇ-2014-də ikinci het-trikdir. Beləliklə İsveçrə millisi də 1/8 finala vəsiqəni təmin edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol