Menu

Ənvər Seyidovun son vəziyyəti - "Reanimasiya şöbəsində saxlanılır"

29.09.2017, 11:22
Ənvər Seyidovun son vəziyyəti - "Reanimasiya şöbəsində saxlanılır"

Sentyabrın 25-də Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidovun vəziyyəti stabilləşib.

Bu barədə xəstəxanadan Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, hakim hələ də Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsində saxlanılır: “Buna səbəb onun vəziyyətinin kritik olması deyil. Bəzi mətbuat orqanlarında yazıldığı kimi, Ənvər Seyidovun beyninə qan sızmayıb, heç bir həyati təhlükəsi də yoxdur”.

Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol