«AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, Ukrayna silahlı qüvvələri (SQ) Baş qərargahının rəisi əmindir ki, «Qərb-2017» təlimlərindən sonra «şəxsi heyətin vətənə qayıtdığını» bəyan edən Moskva yalan danışıb.
Ukrayna SQ Baş qərargah rəisi Viktor Mujenko hesab edir ki, «Qərb-2017» təlimləri başa çatdıqdan sonra Moskva öz ordusunu Belorus ərazilərindən çıxarmayıb. Qərargah rəisi bu barədə «Röyter» agentliyinə verdiyi müsahibədə bəyan edib.
Mujenkonun sözlərinə görə, təlimlərdən sonra Rusiyaya yalnız hərbi aviasiya və bir neçə bölmə qayıdıb. O, əmindir ki, Moskva yalan danışıb. Bununla belə, Mujenko dediklərini təsdiqləyən heç bir dəlil-sübut göstərməyib.
«Amma biz bilirik ki, 300-400 kilometr aviasiya üçün qısa məsafədir və onu çox qısa müddət ərzində qət eləmək olar» - deyə, Mujenko qeyd edib.
«Qərb-2017» təlimləri Rusiya iə Belorus tərəfindən sentyabrın 14-20 tarixlərində birgə keçirilib. Ardınca, Belorus Prezidenti Aleksandr Lukaşenko təlimlrin başa çatdığını elan edib.


Şərhlər