Menu

Polşa öz ərazisində ABŞ-n 2 diviziyasının yerləşdirilməsini istəyir

01.10.2017, 13:26

nato_soldiers_091113«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşanın müdafiə naziri hesab edir ki, hazırkı təhdidlərə qarşı durmaq və ölkənin müdafiəsi təmin etmək üçün Polşa ərazisində Amierika Birləşmiş Ştatlarının (ABŞ) azı 2 diviziyasının yerləşdirilməsi qaçılmazdır.

Bundan əvvəl Polşa parlamenti müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 2,5 faizi qədər artırılması barədə qərar qəbul edib.

Polşanın müdafiə naziri Antoniy Matsereıiç bəyan edib ki, ölkəsinin müdafiəsi üçün Polşa hüdudları daxilində daha çox ABŞ hərbçisinin olması vacibdir. Nazirlə müsahibəni «Wpolytice» nəşri dərc edir.

«Polşanın qaçılmaz müdafiəsi baxımından xeyli çox, dəqiqi isə (ABŞ ordu hissəsi - red.) iki diviziyadan artıq olmalıdır. Polşaya ABŞ hərbçiləri lazımdır. Diviziyaların hər birində 15 minə yaxın hərbçi ola bilər» - deyə, Matsereviç jurnalistlərin suallarına cavab verərkən bildirib.

Nazir əlavə edib ki, onun sözləri «o demək deyil ki, biz sayı müzakirə etmişik və ya bu məsələyə baxılır».

Matsereviç həm də Polşanın orduya çəkəcəyi xərclərin artırılması məsələsini şərh edib. «Bu xərclər «təhdidlərə qarşı durmaq» üçün qaçılmazdır. Əlavə maliyyə «Krab» özüyeriyən artilleriya qurğusunun (ÖAQ) və «Visla» raket əleyhinə müdafiə sisteminin təkmilləşdirilməsi üçündür » - nazir qeyd edib.

Sentyabrda Polşa parlamenti müdafiə xərclərinin artırılmasını təsdiqləyib. Sənədə görə, 2020-ci ilə müdafiə xərcləri ÜDM-in 2,1 faizi, 2020-ci ildə isə ÜDM-in 2,5 faizi qədər artırılmalıdır. Bununla belə, NATO üzv ölkələrdən müdafiə işlərinə ÜDM-in 2,0 faizindən artıq vəsait xərcləməyi tələb etmir.

Matsereviç bu artımı «Şərqdən gələn təhlükə» ilə izah edib: «Rusiya özünün siyasi məqsədlərinə çatmaq üçün güc amilindən istifadə edir».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol