Menu

Gəncədə iki avtomobil toqquşub: xəsarət alanlar var

01.10.2017, 18:27
Gəncədə iki avtomobil toqquşub: xəsarət alanlar var

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər Şəmkir rayon sakinləri, 1993-cü il təvəllüdlü Mirməmmədov Rəşad, 1988-ci il təvəllüdlü Cəfərzadə Vaqif və 1993-cü il təvəllüdlü Hüseynov Natiq müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol