Menu

Gürcüstan çempionatının oyunu futbolçu ölümü səbəbindən təxirə salınıb

02.10.2017, 00:46
Gürcüstan çempionatının oyunu futbolçu ölümü səbəbindən təxirə salınıb

Gürcüstanın "Zuqdidi" klubunun qapıçısı Şota Maminaşvili "VİT-Corciya" ilə ölkə çempionatı matçından əvvəl məşq zamanı həyatını itirib.

"Report"un məlumatına görə, 31 yaşlı qolkiper stadiondan aparıldığı xəstəxanada dünyasını dəyişib.

Msxeti şəhərində keçirilməli olan oyun faciəvi hadisə ilə əlaqədar təxirə salınıb.

Şota Maminaşvili karyerasının böyük hissəsini Batumi "Dinamo"sunda keçirib. O, "Zuqdidi"yə cari mövsümün əvvəllərində keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol