Menu

Bakıda intihara cəhd

02.10.2017, 09:14
Bakıda intihara cəhd

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan 19 yaşlı Əzimzadə Rəşid Feyzulla oğlu ailə münaqişəsi zəminində sol qol nahiyəsini ülgüclə bir neçə yerdən kəsərək özünə qəsd edib.

Qan itirən yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol