«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyanın Baş naziri Mariano Raxoy bəyan edib ki, Kataloniyada heç bir referendum olmayıb.
Burunla bərabər, hökumət başçısı separatçılarla dialoqdan qaçmayacağını da vəd edib, amma bildirib ki, dialoq yalnız qanun çərçivəsində mümkün ola bilər.
Xüsusi telemüraciətində Raxoy təcili olaraq bölgədə konstitusion və institusional qayda-qanunun bərpasına çağırıb.
Mərkəzi hakimiyyətin tabeçiliyi altında olan güc strukturlarının fəaliyyətindən danışarkən, Baş nazir qeyd edib ki, onlar öz borclarına və əmrə uyğun hərəkət ediblər.


Şərhlər