“Barselona” futbol klubu oktyabrın 3-nə Kataloniyada keçirilməsi nəzərdə tutulmuş ümumi tətilə qoşulacaq. Virtualaz.org xəbər verir ki, klubun rəsmi “Twitter” hesabında bu barədə elan yerləşdirilib.
Həmin elanda deyilir: “Barselona” futbol klubu ümumi tətilə qoşulur. Sabah klub bağlı olacaq. Heç bir komanda, o cümlədən gənclərdən ibarət komandalar məşq etməyəcək”.
Dünən Barselonada keçirilmiş mitinqdə regionun ictimai təşkilatlarının liderləri oktyabrın 3-də tətil keçirməyə səsləyiblər.



Şərhlər