Menu

Erməni təşkilatının sədri güllələndi

03.10.2017, 11:23
Erməni təşkilatının sədri güllələndi

Ukraynanın Zaparojets vilayətində fəaliyyət göstərən Erməni İttifaqının sədri Artaşes Sarqsyan güllələnib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu təşkilat sədrinin müavini Rudolf Akopyan bildirib.

Hadisə Zaparojets şəhər parkında, Şevçenko bulvarında baş verib. A.Sarqsyan avtomobildən enərkən, ona odlu silahdan atəş açılıb. Güllə A.Sarqsyanın qarın boşluğunu dəlib, keçib. O, xəstəxanaya yerləşdirilib.

Açılan atəş nəticəsində Erməni İttifaqı sədrinin mühafizəçisi də yaralanıb.

Hadisənən səbəbi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol