Menu

Cəlal Təlabani vəfat edib

03.10.2017, 17:56
Cəlal Təlabani vəfat edib

İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu sabiq dövlət başçısının yaxınları bildirib.

Qeyd edək ki, Cəlal Təlabni 1933-cü il noyabrın 12-də İraqın Kalkan yaxud Köysancaq bölgəsində anadan olub. O, İraqın 6-cı prezidenti və İraq Kürd Vətənpərvərlər İttifaqının sədri olub. 2005-ci ilin aprelin 6-da dövlət başçısı seçilib. 2012-ci il dekabrın 17-də beyininə qan sızmasından sonra Almaniyada müalicə olunub. 2014-cü il iyulun 19-da İraqa dönüb. Səhhəti ilə əlaqədar vəzifə səlahiyyətlərini icra edə bilmədiyindən 2014-cü il iyulun 24-də istefa verib.

2016-cı ildən İraqın şimalında yerli muxtariyyətin ərazisində yaşayırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol