Menu

Hökumət "Azərsu"ya 178 mln. manat subsidiya ayırıb

03.10.2017, 18:04
Hökumət "Azərsu"ya 178 mln. manat subsidiya ayırıb

Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına asasan "Azərsu" ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında deyilir.

Sənəddə vurğulanıb ki, subsidiyalar cari infrastruktur layihələrinin tikintisi və su təchizatı sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub.

Bundan başqa, Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu" ASC-yə 14,7 mln. məbləğində maddi yardım ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol