Menu

Planetdə 243 milyon insan narkotikdən istifadə edir - BMT

26.06.2014, 16:25
Planetdə 243 milyon insan narkotikdən istifadə edir - BMT

Planetdə təxminən 243 milyon insan narkotik maddədən istifadə edir. 2012-ci ildə 15-64 yaş arası narkomanlar dünya əhalisinin 5%-ni təşkil edib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə BMT-nin Narkotik və cinayətlər üzrə idarəsinin 2014-cü ildə narkotik maddələrin yayılması və istifadə göstəricisinin artmasının qeyd olunduğu hesabatında deyilir.

Hesabatda ABŞ, Okeaniya ölkələri, Avropa və Asiyada asan əldə edilən və ucuz qiymətə satılan heroin və farmakoloji preparatlardan daha çox istifadə edildiyi, eyni zamanda bəzi Avropa ölkələrində sintetik narkotik maddələrin daha çox yayıldığı göstərilir.

2007-2012-ci illərdə kokainin istehsalının və bütün dünya üzrə çatdırılmasının məhdudlaşması müşahidə edilib. Şimali Amerikada daha çox üstünlük verilən kokainin istifadəsi 2006-cı ildən azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol