«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan fəhlələr Çini kütləvi surətdə tərk etməyə başlayıblar.
Çin Xalq Reçpublikası (ÇXR) hakimiyyəti sentyabrın 12-də Şimali Koreya vətəndaşları üçün vizaların müddətinin uzadılmaması barədə sərəncam verib. Bu addım Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır. Xəbəri «Ryönxap» agentliyi yayıb.
«2017-ci ilin birinci yarımında təkcə KXDR ilə sərhəddəki Dandun şəhərində azı 20 min Şimali Koreya vətəndaşı işləyib. Hazırda isə Çinin sanksiyaları sərtləşdirməsi səbəbilə, onların sayı əhəmiyyətli dərəcədə azalıb» - deyə, xəbər verilir.

Şərhlər