Menu

Son 3 ayda Azərbaycanda yol qəzalarında 229 nəfər həlak olub

04.10.2017, 00:27
Son 3 ayda Azərbaycanda yol qəzalarında 229 nəfər həlak olub

Son 3 ayda (iyul, avqust, sentyabr) respublikanın avtomobil yollarında 382 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatlara istinadla azvision.az bildirir ki, yol qəzalarında 229 nəfər ölüb, 567 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol