AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə yaxın illərdə kosmik stansiya tikmək barədə qərar qəbul edib. Bu barədə ölkənin Baş naziri Binəli Yıldırım danışıb.
«Kosmik stansiyanın tikintisi barədə qanun layihəsi artıq baxılmaq üçün Türkiyə parlamentinə göndərilib» - deyə, baş nazir Əskişəhərdə vertolyot üçün detallar və ehtiyat hissələri isehsal edəcək zavodun açılış mərasimində bəyan edib. Ondan sitatı «Anadolu» agentliyi gətirir.
Baş nazirin sözlərinə görə, bu qərar ölkənin inkişafı və təhlükəsizliyinin aviasiya və kosmik texnologiyalar hesabına təmin olunması, təbii ehtiyatların aşkarlanması və əhalinin rifahı yolunda istifadəsi məqsədilə qəbul olunub.
Binəli Yıldırım həm də 5-ci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin yaradılması layihəsini şərh edib. Bu layihə NATO üzvü ölkələri ilə birgə çalışmadır.
«Təyyarənin fyüzelajının mərkəzi hissəsi Amerika Birləşmiş Ştatları (ABŞ) ilə bir sırada, həm də Türkiyədə - «TUSAŞ» şirkəti tərəfindən istehsal ediləcək. Türkiyədə həm də kəşfiyyat və hücum təyinatlı «dron»ların istehsalı davam edir ki, bu da ölkənin təhlükəsizliyi baxımından çox vacibdir» - deyə, Yıldırım əlavə edib.

Şərhlər