Menu

Kimya üzrə Nobel mükafatının sahibləri açıqlanıb

04.10.2017, 14:19
Kimya üzrə Nobel mükafatının sahibləri açıqlanıb

2017-ci il kimya üzrə Nobel mükafatının sahibləri açıqlanıb.APA-nın məlumatına görə, İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafat isveçrəli alim Jak Debuşi, amerikalı alim Yoahim Frank və britaniyalı alim Riçard Hendersona verilib. Onlar “Məhlulda biomolekuların yüksək həll strukturunu müəyyənləşdirmək üçün krioelektron mikroskopiyanın işlənməsi” sahəsindəki tədqiqatlarına görə mükafata layiq görülüblər.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol