Menu

FTX: İŞİD qlobal terror təşkilatı yaratmaq niyyətindədir

04.10.2017, 15:30
FTX: İŞİD qlobal terror təşkilatı yaratmaq niyyətindədir

İŞİD terror təşkilatı İraq və Suriyadakı məğlubiyyətindən sonra yeni qlobal terror şəbəkəsi yaratmaq niyyətindədir. APA-nın xəbərinə görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.

“İŞİD liderləri və digər beynəlxalq terror təşkilatlarının əsas hədəfi dünya terror şəbəkəsini yaratmaqdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda terror təşkilatları qüvvələrini Yaxın Şərq regionu ətrafında məqsədyönlü şəkildə yaymaq istəyir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Ən-Nusra" terror qruplaşmasının komandanlığının məhv edilməsi barədə məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol