Menu

Neft Fondu AÇG-dən 127 mlrd. dollar gəlir əldə edib

04.10.2017, 16:18

Dvlt_Neft_FonduAzərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2017-ci ilin oktyabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 9 ayında AÇG yataqları üzrə fond 4,574 mlrd. dollar gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən 2017-ci ilin oktyabrın 1-dək AÇG yataqlar bloku üzrə 126,683 mlrd. ABŞ dolları gəlir əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol