Menu

«ABŞ İran üzrə sazişdən çıxmamalıdır» - Pentaqonun başçısı

04.10.2017, 19:38
«ABŞ İran üzrə sazişdən çıxmamalıdır» - Pentaqonun başçısı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqonun başçısı Ceyms  Amerika Birləşmiş Ştatalarının (ABŞ) Prezidenti Donald Trampa İran üzrə sazişdən çıxmamağı məsləhət görüb. Çünki hal-hazırda Tehranın bu sazişi pozmasına dair sübutlar yoxdur və o, Vaşinqtonun maraqlarına cavab verir. Mettis bu barədə çərşənbə axşamı senatın ABŞ silahlı qüvvələri komitəsindəki dinləmələr zamanı bəyan edib.

«Əgər biz, təsdiqləyə birliriksə ki, İran sazişə əməl edir və müəyyən ediriksə ki, bu saziş bizim milli maraqlarımıza cavab verir, o zaman biz, qalmalyıq (sazişdən çıxmamalıyış - red.). Mən, hesab edirəm ki, indiki halda, əksini sübut edən dəlillər yoxdursa, Prezident qalmaq (tərəf olaraq qalmaq - red.) imkanlarına baxmalıdır» - deyə, Pentaqonun başçısı bildirib.

İran və «altılar» adlanan beynəlxalq vasitəçilər 14 iyul 2015-ci ildə İranın çoxillik atom probleminin tənzimllənməsi üzrə tarixi razılaşmaya nail olublar. Hərtərəfli-birgə fəaliyyət planı qəbul olunub ki, onun yerinə yetirilməsi bundan əvvəl BMT TŞ, ABŞ və Avropa İttiyaqı tərəfindən tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyalarını İran üzərindən götürür.

Plan 16 yanvar 2016-cı ildən qüvvəyə minib. ABŞ Prezidenti Donald Tramp bu sazişdən çıxmağı düşünür, qalan tərəflərin hamısı isə sazişə əməl etmək niyyətində olduqlarını bildirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol