Luqanskdakı yaşayış məntəqələrindən birinin yaxınlığındakı sərhəd-keçid məntəqəsində Rusiya sərhədçiləri öz həmvətənlərini güllələyiblər. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin rəhbəri Andrey Lısenko keçirdiyi brifinqdə məlumat verib.
Lısenko deyib ki, Rusiya sərhədçiləri sərhəd-keçid məntəqəsində “Qazel” markalı bir avtomobili atəşə tutublar. “Qazelin” içində Ukraynada döyüşən və vətənlərinə qayıtmaq istəyən Rusiya vətəndaşları olub. Onların neçə nəfər olduğu bilinmir. Lakin avtomobildən bir nəfər də sağ çıxmayıb.
Lısenko qeyd edib ki, Rusiya sərhədçiləri ölkədən Ukraynaya döyüşçülərin keçməsinə şərait yaradır, amma onların geri qayıtmasına imkan vermir. /azadlıq.info


Şərhlər