Menu

Kerri Rusiyaya bir neçə saat vaxt verdi

26.06.2014, 17:45
Kerri Rusiyaya bir neçə saat vaxt verdi

"Rusiya gələn bir neçə saat ərzində Ukraynadakı separatistlərin silahsızlaşdırılmasına çağırmalıdır"

ABŞ dövlət katibi Rusiyanın gələn bir neçə saat ərzində Ukraynadakı separatistlərin silahsızlaşdırılması çağırışının vacibliyini vurğulayıb. Bu gün Parisdə fransız həmkarı ilə görüşündən sonra Con Kerri deyib ki, onun və Fransanın xarici işlər naziri arasında Rusiya prezidenti Vladimir Putinin separatistlərin legitim sülh prosesinin bir hissəsi olduğunu göstərməsi barədə razılıq əldə edilib.

Bundan bir gün əvvəl isə Obama administrasiyası Moskvanın Ukrayna böhranının həlli istiqamətində hərəkətə keçmədiyi təqdirdə Rusiyaya əlavə sanksiyalar tətbiq ediləcəyini bəyan edib. Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, sanksiyalar Rusiyanın bank, enerji və müdafiə sektorlarını hədəf alacaq.(amerikaninsesi.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol