Menu

Las-Veqas qatilinin sevgilisi bəyanat yayıb

05.10.2017, 17:50
Las-Veqas qatilinin sevgilisi bəyanat yayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veridiyi xəbərə görə, oktyabrın 2-də Las-Veqasda 50-dən aptıq insanı qətlə yetirmiş «atıcı»nın qadını Merilu Denli öz vəkili vasitəsilə bəyanat ayıb.

«Mən onu sevirdim və qalan günlərimi onunla keçirməyə ümid edirdim» - deyə, qadın inandırmağa çalışır.

O, Peddoku («atıcı») sakit, qayğıkeş və mərd insan kimi tanıdığını qeyd edib.

Merilu əlavə edib ki, yalnız bircə məsələ onda şübhə doğurub - təxminən iki həftə əvvəl Peddok onun üçün Filippinə (doğma vətəninə) təyyarə bileti alıb və öz ailəsi ilə görüşmək üçün yola salıb. «Mən ona minnətdar idim, amma narahat olurdum ki, bu yolla o, mənimlə münsaibətləri qırmaq istəyir» deyə, qadın izah edib.

«Atıcı» 62 yaşlı Merilu Denli ilə 2015-ci ildə Meksitdə aldıqları evdə yaşayıb. Qadın Peddokun atəş açdığı oteldə qeydiyyatda olub. Birləşmiş Ştatların hakimiyyəti qadının cinayətdə iştirakçı olduğundan şübhələnmir, yalnız onun ifadələrinin köməyi ilə cinayətin motivindən baş çıxarmağa ümid edir.

Federal Təhqiqat Bürosu (FBR) bu cinayətin terror aktı olduğunu istisna edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol