Menu

Vasilyev Dağıstanda klan sistemini dağıdır

06.10.2017, 21:43
Vasilyev Dağıstanda klan sistemini dağıdır

Vladimir Vasilyev Dağıstanın “şahmat taxtası”nda ilk gedişini edib. Virtualaz.org Rusiya KİV-inə istinadən xəbər verir ki, indiyədək klanların əsas spekulyasiya nexanizmlərindən biri olan milli kvotalar ləğv edilir.

Ekspertlər qeyd edir ki, V.Vasilyev hələlik hökuməti istefaya göndərməklə respublikanı başsız qoya bilmir. Birincisi, hökumət keçid dövründə işləməlidir, ikincisi, onu əvəz edəcək kimsə yoxdur.

Prezident Putinlə görüşündə Vasilyev bildirmişdi ki, yerli kadrlara üetimad göstərəcək. Lakin onları əvvəlcə tapmaq lazımdır. Respublikanın başçısı vəzifələrini icra edən V.Vasilyev “istedadları” onların milli mənsubiyyətini nəzərə almadan “üzə çıxaracaq”. Bu vacib bəyanatı o, dünən verib.

“Kadr məsələləri milli mənsubiyyətə görə həll edilməyəcək. İşləyəcəyəm və istedadlı şəxsləri üzə çıxaracağam”, - jurnalistlərə bunu deyən Vasilyev ondan inciməməyi xahiş edib.

Dağıstanın yeni başçısı həmçinin qeyd edib ki, respublika hökuməti “icra edən” stratusunda işləyəcək və o, hazırda dövlət vəzifələrini tutanları icrada tutmaq niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol