AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Dağıstan hökuməti istefaya göndərilib.
Bu barədə fərmanı respublika başçısının vəzifələrini müvəqqəti icra edən Vladimir Vasilyev imzalayıb.
Xatırladaq ki, bü həftə Prezident Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefasını qəbul edib. Onun yerinə müvəqqəti olaraq, Rusiya Federasiyası Dövlət Dumasının (PF DD) vitse-spikeri, parlamentdəki «Vahid Rusiya» fraksiyasının rəhbəri Vadimir Vasilyev təyin olunub.


Şərhlər