Kataloniya hökuməti oktyabrın 1-də keçirilmiş müstəqillik haqqında referendumun yekun nəticələrini elan edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, muxtariyyətin müstəqilliyinə iki milyondan artıq seçici səs verib. Bu da səsvermədə iştirak edənlərin ümumi sayının 90,18%-ni təşkil edir.
Səsvermədə 5,3 mln səsvermə hüququ olan seçicidən 2 286 217 nəfəri (43,03%) iştirak edib. Onlardan 2 milyon 44 min 38 nəfər (90,18%,) müstəqilliyin lehnə, 177 547 nəfəri isə əleyhinə (7,83% ) səs verib.
Qeyd edək ki, səs verənlərin 1,98%-i qutuya boş bülleten atıb.


Şərhlər