«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdyi xəbərə görə, Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz Əl-Səud Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyelə görüşü zamanı bəyan edib ki, ölkəsi Rusiya ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırdır və beynəlxalq neft bazarında tarazlığın yaranmasından şadlıq hissi keçirir.
Monarx mehriban qəbul üçün Rusiya tərəfinə təşəkkür edib: «Biz, münasibətləri irəli aparmaq üçün qərarlıyıq ki, onlar daha geniş meydana çıxa bilsin» - deyə, Salman bin-Ədül Əziz bildirib və cümə axşamı Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqları məhsuldar adlandırıb.
Kralın sözlərinə görə, Səudiyyə Ərəbistanı «öz inkişafının tarixi-həlledici mərhələsini» yaşayır ki, bu da «Görmə-2030» proqramında öz əksini tapıb. «Biz, çalışırıq ki, sizin dost ölkəniz bu proqramın yerinə yetirilməsində iştirak etsin» - Kral deyib.
«Biz çox şadıq ki, istehlakçıların və isiehsalçıların maraqları baxımından, beynəlxalq neft bazarlarında tarazlığa nail ola bildik» - deyə, kral əlavə edib.

Şərhlər