Menu

Türkiyənin baş naziri İraqa gedəcək

06.10.2017, 23:22
Türkiyənin baş naziri İraqa gedəcək

İraqın baş naziri Heydər əl-Abadi türkiyəli həmkarı Binəli Yıldırımı Bağdada səfərə dəvət edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri B.Yıldırım bəyan edib.

O qeyd edib ki, hazırda İraqa səfərinin tarixi müəyyənləşdirilir.

B.Yıldırım bildirib ki, Ankara xüsusilə İraqın kürd muxtariyyətində müstəqillik haqqında qanunsuz referendumun keçirilməsindən sonra Bağdadla münasibətlərin inkişafında maraqlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol