Menu

GUAM-ın baş katibi Gürcüstanın xarici işlər naziri ilə görüşüb

08.10.2017, 16:46
GUAM-ın baş katibi Gürcüstanın xarici işlər naziri ilə görüşüb

GUAM-ın baş katibi Altay Əfəndiyev Tbilisidə Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

Görüşdə Gürcüstanın GUAM-a sədrliyi zamanı həyata keçirilmiş tədbirlər barədə danışılıb. M.Canelidze GUAM-ın 20 illiyinə həsr olunmuş tədbirə Gürcüstanın ev sahibliyi etməsindən qürur duyduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol