Menu

Nyu-Yorkda terror aktı planlaşdıran Filippin vətəndaşı ABŞ-a ekstradisiya edilir

08.10.2017, 20:47
Nyu-Yorkda terror aktı planlaşdıran Filippin vətəndaşı ABŞ-a ekstradisiya edilir

Filippin 2016-cı ildə Nyu-Yorkda terror aktı planlaşdırmaqda şübhəli sayılan 37 yaşlı vətəndaşı Rassel Saliki ABŞ-a ekstradisiya edir.APA-nın məlumatına görə, bu barədə “Philippine Daily Inquirer” nəşri Filippin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi ABŞ, Kanada və Filippinin 3 vətəndaşını 2016-cı ilin yayında Nyu-Yorkda terror aktı həyata keçirməyə cəhd göstərməkdə günahlandırır. Onların Nyu-Yorkda metroda və Ramazan bayramına həsr olunmuş mərasimdə terror aktı törətməyə cəhd etdikləri bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol