Menu

Messinin transferi üçün 400 milyon avro ödəməyə hazırdır

08.10.2017, 23:30
Messinin transferi üçün 400 milyon avro ödəməyə hazırdır

İngiltərənin “Mançester Siti” klubu "Barselona"nın futbolçusu Lionel Messinin transferi üçün rekord məbləğ - 400 milyon avro ödəməyə hazırdır.

APA-nın məlumatına görə, bu barədə İspaniyanın “As” qəzeti yazıb.

Bildirilir ki, İngiltərə klubu mümkün transferlə bağlı bütün müvafiq sənədləri hazırlayıb. Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ilin yayında bitir.

Qeyd edək ki, cari mövsümdə Argentina millisinin kapitanı “Barselona”nın heyətində 11 matçda 14 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol