Menu

İspaniya hökuməti Kataloniyanın ayrılmasını istisna etdi - Müstəqillik olmayacaq

09.10.2017, 00:25
İspaniya hökuməti Kataloniyanın ayrılmasını istisna etdi - Müstəqillik olmayacaq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyanın Baş naziri Mariano Raxoy bazar günü bəyan edib ki, İspaniya hökuməti Kataloniyanın ölkədən arılmasına imkan verməyəcək və milli vəhdətin qorunub saxlanması üçün mümkün olan hər şeyi edəcək.

«İspaniya parçalanmayacaq və milli vəhdət saxlanacaq. Qanunun bizə verdiyi bütün alətlərdən istifadə edəcəyik» - deyə, hökumət başçısı «El Pais» qəzetinə verdiyi müsahibədə bildirib.

«Biz, müstəqilliyi mümkün edə biləcək hər şeyə mane olacağıq və əminliklə deyə bilərəm ki, müstəqillik olmayacaq» - deyə, Raxoy əlavə edib.

Bununla yanaşı, Baş nazir kataloniyalıları qanuni müstəviyə dəvət edib və qeyd edib ki, indi Kataloniya problemi «Avropa uğrunda döyüş»ə çevrilib.

«Bu, Avropa uğrunda döyüşdür. 2012-ci ildə İspaniya avro uğrunda döyüşdü və biz, avropalılar döyüşü udduq. İndi Avropa dəyərləri uğrunda döyüş gedir və biz, bu döyüşü udmalıyıq» - deyə, Raxoy qeyd edib.

Bundan əlavə Baş nazir xatırladıb ki, İspaniyanın 1978-ci il Konstitusiyası ölkə tarixində özünüidarənin ən yüksək səviyyəsini nəzərdə tutub və bu, ispaniyalılar arasında ən böyük «pakt» oldu - ona görə, hamı güzəştə getməyə borcludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol