Paytaxtda dövriyyədə olan saxta əskinazlar tapılıb
Bakıda saxta dollarlar dövriyyədən çıxarılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Belə ki, iyunun 26-da Qaraçuxur qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Əmiraslan Əmiraslanova məxsus "Saipa" markalı avtomobildən 27 ədəd saxta 100 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər