Menu

“İrəli”-də rəhbərlik dəyişilir

27.06.2014, 10:58
“İrəli”-də rəhbərlik dəyişilir

Bu gün “İrəli” İctimai Birliyinin qurultayında təşkilatın hazırkı sədri Rauf Mərdiyev sədr postuna namizədliyini irəli sürməyəcək.

APA-nın verdiyi məlumata görə, bu barədə R. Mərdiyev özü bildirib.

R. Mərdiyev deyib ki, “İrəli” İctimai Birliyinə rəhbərlik etdiyi dövrdə təşkilatın uğurları üçün çalışıb, təşkilatı irəli aparmağa çalışıb.

O, artıq yaşca gənclik mərhələsini arxada qoyduğu, təşkilatın rəhbərliyinə yeni gənclərin, yeni qanın gəlməsi üçün sədr postuna namizəd olmayacağını qeyd edib.

Onun sözlərinə görə, yeni gənclərin gəlişi təşkilatın inkişafında növbəti mərhələyə qədəm qoymasına səbəb olacaq.

R. Mərdiyev təcrübəsi ilə təşkilata hər zaman yardımçı olmağa hazır olduğunu da vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol