Menu

Bakıda 24 yaşlı qız yoxa çıxıb - FOTO

09.10.2017, 21:15
Bakıda 24 yaşlı qız yoxa çıxıb - FOTO

Dünən Bakıda 24 yaşlı qız itib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bacısı Zeynəb Yakubova sosial şəbəkədə yazıb. O bildirib ki, bacısı Olesya Yakubova dünən saat 16:00 radələrində “28 May” ərazisində olub. Əynində sarı pencək, cins və çəkmələr olub.

Z. Yakubovanın sözlərinə görə, dünəndən bacısından heç bir xəbər yoxdur: "Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edilib. Biz onun oğurlandığını düşünürük".

Xanımı görənlərdən xahiş olunur ki, bu nömrə ilə 050-325-09-22 əlaqə saxlasınlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol