Menu

Myanmalı müsəlmanları daşıyan qayıq batıb - 12 nəfər ölüb

09.10.2017, 21:21
Myanmalı müsəlmanları daşıyan qayıq batıb - 12 nəfər ölüb

İçərisində Myanmalı müsəlmanlar olan qayığın qəzaya uğraması nəticəsində 10-u uşaq olmaqla 12 nəfər ölüb.

“Report” "Haberturk"ə istinadla xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı öz hesabatında bildirib.

Məlumata əsasən, onlar Myanamada fanatik buddistlərin hücumlarından qaçaraq Banqladeşlə sərhəddə yerləşən Naf çayını keçmək istəyirmişlər. Qayıq oktyabrın 9-da gecə saatlarında Banqladeşin Şah Porir Dvayp məntəqəsi yaxınlığında qəzaya uğrayıb.

Xilasetmə tədbirləri nəticəsində 13 nəfər xilas edilib. İtkin düşən daha 25 nəfərin xilas edilməsi üçün axtarış tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol