ABŞ nəşriyyatı Simon & Schuster bildirir ki, Rusiya prezidenti Vladimir Putinin cinayətkar qruplarla əlaqələri olduğunu iddia edən kitab nəşr edəcək. Öncə Britaniya mümkün məhkəmə iddialarından çəkinərək kitabdan imtina edib.
Simon & Schuster yaydığı bəyanatda deyir ki, ABŞ akademiki Karen Dawisha-nın müəllifi olduğu kitab sentyabrın 16-da nəşr olunacaq. Kitab belə adlanır: «Putinin oğrukratiyası: Rusiyanın başında duran kimdir?»
Dawisha apreldə deyib ki, Britaniya naşiri Cambridge University Press kitabın nəşrini planlaşdırıb, ancaq ilin əvvəlində əlyazmanı rədd edib. Britaniyada potensial məhkəmə iddialarından çəkinib.
Dawisha-nın beş il ərzində araşdırıb yazdığı kitabda Putin və həmkarlarının 1990-cı illərdə Sankt Peterburqda qanunsuz maliyyə sövdələşmələrində iştirakı iddia olunur.


Şərhlər