Menu

Misirdə fövqəladə vəziyyətin müddəti uzadılıb

12.10.2017, 23:16
Misirdə fövqəladə vəziyyətin müddəti uzadılıb

Misirdə fövqəladə vəziyyət daha 3 ay uzadılıb. Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, aprel ayında Misirdə kilsələrə edilən hücumlarda 45 nəfər həyatını itirib və ardından ölkədə fövqəladə vəziyyət elan edilmişdi. İyulda 3 ay müddətinə uzadılan fövqəladə vəziyyətin yenidən daha 3 ay uzadıldığı açıqlanıb.

Qeyd edək ki, Misirdə Sina başda olmaqla, bir çox yerdə cihadçılar aktivdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol