Menu

"Sağlam Yaşa" Neftçalada tədbir keçirib - Fotolar

14.10.2017, 10:45
"Sağlam Yaşa" Neftçalada tədbir keçirib - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 13 oktyabr 2017- ci il tarixində ``Sağlam Yaşa`` Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ``Qəhrəmanlığı sizdən öyrənirik`` adlı layihəsini Neftçala rayonunda davam etdirib. Dövlət himnimiz səsləndikdən və Şəhidlərimizin xatirəsinə bir dəqiqlik sükutdan sonra tədbir açıq elan edildi.

Aprel şəhidi, Azərbaycanın Milli Qəhrəmanı mayor Samid İmanovun doğulduğu Həsənabad qəsəbə orta məktəbində keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Şakir Bəkirov açaraq belə tədbirlərin gənc nəslin tərbiyəsindəki əhəmiyyətindən danışdı. Layihənin məqsəd və vəzifələri haqqında təşkilatın sədr müavini Tələt Qəribov geniş məlumat verdi. ``Mina Qurbanlarının sosial iqtisadi problemlərinin həllinə kömək`` İB-in sədri Məmmədhəsən Həsənov çıxışında qeyd etdi ki, gənclər Şəhidlərimiz haqqında nə qədər çox məlumatlı olsalar torpağı və vətənin bir o qədər çox sevərlər. Məktəblilərin Şəhidlərimiz haqqında hazırladıqları şeir və mahnı kompozisiyası iştirakçılar tərəfindən maraqla qarşılandı. İştirakçılara mövzunu əhatə edən bukletlər paylanıldı. Sonda Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun qəbri ziyarət olundu və çiçək qəstələri qoyuldu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol