Menu

Maral Tahirqızı həbsdən buraxıldı

14.10.2017, 10:51

maralMüğənni Maral Tahirqızı həbsdən çıxıb. Lent.az xəbər verir ki, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilən müğənni azadlığa buraxılıb.

O, cəza müddətinin üçdə iki hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.

Həbsdən çıxan müğənni Maral Tahirqızı sosial şəbəkədə status paylaşıb və hər kəsi salamlayıb. 2015-ci ildə 3 il müddətinə həbs edilən və vaxtından əvvəl azadlığa çıxan müğənni dostlarını salamlayıb: "Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara, sevdiklərimə salamlarımı göndərirəm".

Maral Tahirqızı müğənniliyə davam edəcəyini əlavə edib: “Bundan sonra daha güclü oxuyacam, səsimin üstünə səs gəlib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol