Menu

20 milyon manatlıq istiqraz satışa çıxarılır

14.10.2017, 13:00
20 milyon manatlıq istiqraz satışa çıxarılır

Oktyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manatdır.

Məlumata görə, istiqrazların tədavül müddəti 182 gündür, ödəmə tarixi 2018-ci ilin aprelin 17-də bitir.

Qeyd edək ki, "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol