Menu

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var

14.10.2017, 14:00
Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, "Neftçilər" metro stansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə hər iki avtobusdakı ümumilikdə 15 nəfər sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılar tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol