Menu

Rusiya səfirinin qatilləri Gülənlə əlaqədə olublar - İsmayıl Qəhrəman

15.10.2017, 08:19
Rusiya səfirinin qatilləri Gülənlə əlaqədə olublar - İsmayıl Qəhrəman

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın Türkiyədəki mərhum səfiri Andrey Karlovun qətlində günahkar bilinənlər Amerika Birləşmiş Ştatlarına (ABŞ) sığınmış «vaiz» Fətullah Gülənlə əlaqəli olublar.

Bu barədə Rusiya Dövlət Dumasının spikeri ilə görüşü zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman bəyan edib.

Onun sözlərinə görə, Karlovun qətlinin araşdırılması rusiyalı mütəxəssislərin iştirakı ilə davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol