Menu

Avstriyada parlament seçkiləri keçirilir

15.10.2017, 12:37

hessecki20913Avstriyada parlament seçkilərində səsvermə üçün seçki məntəqələri açıq elan edilib.“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Avstriyada növbədənkənar seçkilərdə səsvermə başlayıb", - deyə agentlik yazır.

"Zeit" nəşrinin yazdığına görə, seçkilərin keçirilməsinə hakim koalisiyanın mayın ortalarında ölkə siyasəti ilə bağlı bir sıra məsələlərdə fikir ayrılıqları üzündən dağılması səbəbindən zərurət yaranıb.

“Sputnik”agentliyinə istinadən xəbər verir ki, artıq ölkədəki bütün seçki məntəqələri açılıb. Seçkidə 16 partiyanın namizədlərinin iştirak etməsi nəzərdə tutulub. Seçkinin əsas favoriti hakim Avstriya Xalq Partiyası hesab edilir.

Qeyd edək ki, bu partiya qalib gələcəyi halda hazırkı Xarici İşlər naziri Sebastiyan Kurtsun kansler vəzifəsinə namizədliyini irəli sürəcək.

Sebastiyan Kurts türk və islam düşməi kimi tanınır. O, Ankara ilə Avropa Birliyi arasında danışıqların dayandırılmasının əsas tərəfdarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol